“Karantin müddətində evdə oturdum və özümə söz verdim, elə gözəlləşəcəyəm ki, hamının ağlını başından alım”.
Bu sözləri Xalq artisti Aygün Kazımova “Xəzər” telekanalında yayımlanan “Fəlidən doğru xəbər” gecə şousunda qonaq olarkən deyib.
Sənətçi onunla qalmaqal edən həmkarlarına əvvəllər cavab versə də, indi isə susmağa üstünlük verdiyi söyləyib: “Əvvəllər onlar məni əsəbiləşdirirdilər. Cavab verirdim. Cavab verəndə isə aləm dəyirdi bir-birinə. İndi isə cavab vermirəm. Cavab verməyəndə isə onların söylədikləri elə özlərində qalır. Onları susmağımla cəzalandırıram”.
Verilişin aparıcısı Fəlinin (Elşən Cəfərovun) “Sizə məşhurlardan kim zəng etsə, telefonun dəstəyini özünüz yox, menecerinizin qaldırmağını istəyərsiz?” sualına pop diva belə cavab verib: “Telefonuma nadir hallarda kimsə zəng edir. Çünki nadir hallarda telefonla danışıram. Misal üçün, Namiq Qaraçuxurlu mənə zəng edə bilməz. Çünki onu qara siyahıya atmışam”.
Verilişin gedişatında A.Kazımova illər öncə AzTV-dəki bir çox çıxışlarının montaj edilərək efirdən çıxarıldığını açıqlayıb: “Əvvələr bir tək televiziyamız var idi. O da ki AzTV. AzTV-dəki çıxışlarımı montaj edib, efirə vermirdilər. Nəinki sözlərimi, bütün çıxışımı kəsib efirdən çıxarırdılar ”. (Oxu.az)