Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatının parlamentdə müzakirə olunacağı vaxt açıqlanıb. "Report"un əldə etdiyi məlumata görə, hökumətin hesabatı Milli Məclisin aprelin 3-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Hesabatı Baş nazir Əli Əsədov təqdim edəcək.