Novak:"Neftə olan tələbat 2021-ci ildən tez bərpa olunmayacaq"

“Böhrandan əvvəl neftə olan tələbat həcmləri 2021-ci ildən tez bərpa olunmayacaq”.

APA-Economics”in “RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.

Onun sözünə görə, bərpa prosesi iki-üç ildə çəkə bilər: “Ümid edirik ki, tələbatın bərpası 2021-ci ildə baş verəcək. Amma bəlkə iki-üç il də çəkə bilər”.

Novak qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq insanlar nəqliyyatdan daha az istifadə edəcək, daha az səyahət edəcək: “İqtisadiyyat yenidən inkişaf etsə də, nəqliyyat səbəbindən neftə tələbat daha aşağı səviyyədə qalacaq”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir