Ölkəyə altı ayda neftdən 3 milyard dollar gəlir gəlib –RƏSMİ

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin ilk 5 ayı ərzində Azəri-Çıraq-Günəşli və “Şahdəniz” üzrə gəlirlərini açıqlayıb.

ARDNF-dən  Azpost.info-ya verilən məlumata görə, AÇG yatağından – bu ilin əvvəlindən iyun ayının 1-i tarixinə 3 013 mln. ABŞ dolları, “Şahdəniz” yatağından (qaz və kondensat) isə ilin əvvəlindən 1 iyun tarixinə 935,754 mln. ABŞ dolları gəlir əldə edilib.

O cümlədən, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 197,763 mln. ABŞ dolları təşkil edib.

Əvvəlki məqalə

Şimşək çaxıb, yağış yağıb, dolu düşüb

Sonrakı məqalə

“Prava”sı olmayan, narkotikin təsiri altında maşın sürənlər 800 manat cərimələnəcək