Bu ilin I rübündə koronavirus (COVID-19) pandemiyasının təsiri ilə qlobal ticarət 3% azalıb. “Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Ümumdünya Ticarət Təşkilatı (WTO) bəyan edib. Qurum bu ilin II rübündə isə azalmanın 18,5% olacağını bəyan edib. “Qlobal ticarətdə şahidi olduğumuz azalma indiyə qədər qeydə alınan ən sərt azalma olacaq” - deyə WTO-un İdarəedici direktoru Roberto Azevedo bildirib.