Quba-Xınalıq yolunda uçqun olub - VİDEO
Ötən gün axşam saatlarında Quba-Xınalıq yolunda uçqun baş verib.
Hadisə yolun 52-ci km-də qeydə alınıb. Dağdan qopan qaya parçaları yola düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb. Ərazidə qalan vətəndaşlar qayaların bir hissəsini ərazidən uzaqlaşdıraraq yollarına davam ediblər.
Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin sahə rəisi Bilal Sultanovun verdiyi məlumata görə, əraziyə cəlb olunan texnikanın köməkliyi ilə yol qaya parçalarından tamamilə təmizlənib.
İlkin ehtimala görə, uçquna son günlər yağan intensiv yağışlar səbəb olub. (APA)
https://youtu.be/S8WUljf_cw8
Əlaqəli xəbərlər
-
2027-ci ildə dövlət qulluqçularının maaşı artacaq? - Büdcədə hansı rəqəmlər var?
-
Dövlət hesabına çəkilən filmlər niyə gəlir gətirmir? – 39 filmə dair şok rəqəm / TƏHLİL
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
Növbəti xəbər yüklənir...