Rusiyanın liman infrastrukturuna hücumlarının artmasından sonra dekabr ayında Ukrayna taxıl ixracı 16 faiz azalıb.
AzPost bildirir ki, bu barədə Bloomberg məlumat verir.
Məlumatda qeyd olunur ki, keçən ilin dekabr ayı ilə müqayisədə buğda ixracı təxminən 25%, qarğıdalı ixracı isə 13% azalıb.
Bundan əlavə, qarğıdalı yığımının gecikməsi və aşağı qiymətli təchizatçılar tərəfindən artan rəqabət səbəbindən mövcud həcmlərin azalması da buna təsir edib.
Agentlik qeyd edir ki, Odessa taxıl terminalları əlavə dizel generatorları quraşdırdıqdan sonra vəziyyət bir qədər yaxşılaşıb.