Tarixin ən çox sevilən kino qəhrəmanları bəlli oldu

- SİYAHI
12 İyun 2020 - 14:02

Kino tarixinin ən çox sevilən qəhrəmanlarının reytinqi açıqlanıb.

“Report” “Empire”a istinadən xəbər verir ki, jurnalın oxucuları arasında keçirilən sorğuya əsasən, tərtib edilən reytinqdə birinci yeri silsilə filmlərdə Harrison Fordun oynadığı arxeoloq İndiana Cons (İndiana Jones) tutub.

İkinci yerdə Siqurni Uiver tərəfindən “Yad” filmlər silsiləsində canlandırılan baş qəhrəman olan dəniz qüvvələrində mülki müşavir Ellen Luis Ripley gedir.

Üçüncü yeri də “Marvel” superqəhrəman filmlər silsiləsindəki Dəmir Adam (İron Man) tutur.

Sonrakı yerlərdə “Kapitan Amerika” silsiləsindən eyni adlı qəhrəmanı, “Ulduzlar Müharibəsi” silsiləsindən Mark Hamill tərəfindən canlandırılan Luk Skayuolker (səmada gəzən) və Karri Fişerin canlandırdığı şahzadə Leya, bir sıra komiks filmlərin qəhrəmanları Batmanı (yarasa adam), Henri Kavill tərəfindən canlandırılan Supermanı, Çadvik Bosmanın oynadığı Qara Qaplanı görürük.