Teymur Mustafayev koronavirusdan vəfat edib –

Xüsusi qayda ilə dəfn ediləcək (TƏBİB)
11 İyun 2020 - 20:58

Xalq artisti Teymur Mustafayev COVID-19-dan ölən bütün xəstələr kimi xüsusi qaydalar əsasında dəfn ediləcək.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, dəfndə məhdud sayda insanın iştirakına icazə veriləcək. Qeyd edək ki, Teymur Mustafayev bu gün koronavirusdan vəfat edib.

Qeyd edək ki, Xalq artisti Teymur Mustafayev sabah Cəlilabadda dəfn olunacaq.

Bu barədə müğənni Yusif Mustafayev məlumat verib. Onun sözlərinə görə, Xalq artistinin cənazəsi sabah tezdən doğulduğu Alar kəndinə aparılacaq və orada dəfn ediləcək: “Teymur Mustafayevin həyat yoldaşı və oğlu da orada dəfn olunub. O, onların yanında torpağa tapşırılacaq”.