Yaponiya sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.  TASS xəbər verir ki, bu barədə Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Qeyd edilib ki, zəlzələnin episentri Yaponiyanın 1 milyondan çox insanın yaşadığı Sendai şəhərindən 125 km şimal-şərqdə (Honsu adası, Miyagi prefekturası, Tokiodan 373 km şimal-şərqdə) olub. Yeraltı təkanın ocağının 60 km dərinlikdə yerləşdiyi bildirilib. Sunami təhlükəsi barədə məlumat verilməyib.