Ukrayna Prezidenti Zelenski Britaniya parlamentində çıxış edib.
Azpost.info bildirir ki, çıxışından əvvəl parlament üzvləri onu ayaq üstə alqışlayıb.
Zelenski 14 martda Ukraynaya endirilən zərbənin görüntülərini göstərib. O, Rusiyanın ölkəyə İranın “şəhid” dronları ilə hücum etdiyini və oxşar dronların hazırda Yaxın Şərqdə istifadə edildiyini xatırladıb.
Prezident bildirib ki, ukraynalı mütəxəssislər artıq BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı və Küveytdə işləyirlər. Kiyev digər ölkələrə dronları vurmaqda kömək edə bilər.
Zelenski həmçinin bildirib ki, Ukrayna müdafiə ittifaqlarına hazırdır. Ölkə sahildən uzaqda fəaliyyət göstərə bilən dəniz dronları hazırlayır. O əlavə edib ki, İran ətrafındakı vəziyyət hər kəsə aiddir. Bu cür təhdidlər nəzarətdən çıxarılarsa, məsafə bizi xilas etməyəcək.
Bundan əlavə, Ukrayna prezidenti Kral III Çarlza cəbhədəki vəziyyəti real vaxt rejimində izləmək üçün istifadə edilə bilən planşet hədiyyə edib.