ABŞ öz vətəndaşlarını Azərbaycana getməməyə çağırdı - Dövlət Departamentindən açıqlama
ABŞ Dövlət Departamenti öz vətəndaşlarına Azərbaycana və Türkmənistana səfər etməməyə çağırıb.
Azpost.info RBK-ya istinadən bildirir ki, Dövlət Departamenti bu ölkələrdə koronavirusun yayılması ilə bağlı belə tövsiyə verilib. Rəsmi məlumata görə, Türkmənistanda yoluxma qeydə alınmasa da, Azərbaycanda 6 belə xəstə var.
Dövlət Departamenti Azərbaycan və Türkmənistanla la bağlı tövsiyəsini belə əsaslandırıb ki, bu ölkələrdə tibbi yardım ABŞ standartlarına cavab vermir.
Azərbaycan hökuməti koronavirusla bağlı karantin tədbirlərini aparıb. Yoluxmanın ən çox qeydə alındığı İranla sərhəddini bağlayıb. Həmçinin yoluxma şübhəsi doğuran şəxslərin müayinəsi üçün xüsusi tibb müəssələri ayrılıb. ABŞ Dövlət Departamentinin bu tövsiyyəsi təəccüblüdür. Yəqin ki, Səhiyyə Nazirliyi bununla bağlı müvafiq açıqlama verəcək.
Son rəqəmlərə görə, dünyada koronavirusa yoluxanların sayı 100 mini ötüb. Onlardan 50 mindən çoxu sağalıb.
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...