Bu gündən birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilib.  Təhsil Nazirliyindən verilən məlumata görə, elektron qeydiyyat sistemi saat 12:00-dan etibarən  aktivləşib. Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.