Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkilərində keçmiş prezident Rumen Radevin rəhbərlik etdiyi "Proqressiv Bolqarıstan" koalisiyası ilkin nəticələrə görə liderlik edir.

AzPost xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının protokolların 68,34%-nin işlənməsindən sonra təqdim etdiyi rəsmi məlumatlara görə, siyasi mənzərə aşağıdakı kimidir:

  • "Proqressiv Bolqarıstan" (Rumen Radev): Səslərin 44,487%-ni toplayaraq rəqiblərini böyük fərqlə qabaqlayır.

  • "Dəyişikliyə davam" və "Demokratik Bolqarıstan" bloku: 14,002% səslə ikinci yerdədir.

  • GERB - SDS koalisiyası: 13,104% səslə üçüncü pillədə qərarlaşıb.

Siyahıda növbəti yerləri "Hüquq və Azadlıqlar Hərəkatı" (DPS) və "İntibah" partiyası bölüşür.

Xatırladaq ki, ötən bazar günü keçirilən seçkilərdə 52-ci çağırış Xalq Məclisindəki 240 yer uğrunda 14 partiya və 10 koalisiya mübarizə aparıb. Seçkilərin yekun nəticələri bütün bülletenlərin sayılmasından sonra elan ediləcək.

AzPost.az