“Bu, Rusiyaya müharibə elanı demək olacaq”- MEDVEDEV

“Ümid edirəm ki, bizim düşmənlərimiz, təkəbbürlü britaniyalılar başa düşürlər ki, öz rəsmi hərbi kontingentinin Ukraynada yerləşdirilməsi ölkəmizə müharibə elanı demək olacaq”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
O, Britaniya Baş naziri Rişi Sunakın Ukrayna ilə təhlükəsizlik sazişi imzalamaq üçün Kiyevə gəldiyini xatırladıb.

Bu gün məlum olub ki, Böyük Britaniya Ukrayna ilə hərbi dəstək və uzunmüddətli təhlükəsizlik zəmanəti ilə bağlı ikitərəfli saziş bağlayan ilk Qərb ölkəsi olacaq.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.