Müasir meqapolislərdə maraqlı sosial hadisələrdən biri “gündəlik köç” fenomenidir. Milyonlarla insan səhər saatlarında şəhər mərkəzinə axışır, axşam isə yenidən yaşayış məntəqələrinə qayıdır.
Azpost.info-nun məlumatına görə, məsələn, Tokio, London və Paris kimi şəhərlərdə hər gün milyonlarla insan iş yerlərinə getmək üçün saatlarla yolda olur. Nəticədə şəhərin əhalisi gün ərzində gecə ilə müqayisədə xeyli artır.
Şəhərsalma mütəxəssisləri bildirirlər ki, nəqliyyat sistemlərinin inkişafı olmasaydı, belə meqapolislərin fəaliyyəti mümkün olmazdı. Son illərdə uzaqdan iş modelinin yayılması bu tendensiyanı müəyyən qədər zəiflədib.
Ekspertlər hesab edir ki, gələcəyin şəhərlərində insanlar işə getmək üçün daha az vaxt sərf edəcəklər. Süni intellekt, rəqəmsal texnologiyalar və hibrid iş modelləri şəhərlərin strukturunu dəyişdirir.
Maraqlıdır ki, bəzi ölkələr artıq “15 dəqiqəlik şəhər” konsepsiyasını tətbiq etməyə çalışırlar. Bu modelə görə, insanın gündəlik ehtiyacları evindən maksimum 15 dəqiqəlik məsafədə olmalıdır. Mütəxəssislər hesab edirlər ki, bu yanaşma həm tıxacları azalda, həm də insanların həyat keyfiyyətini yüksəldə bilər.
Sunay Aydın