"Hər ailəyə birdəfəlik ödəniş bir dəfə həyata keçiriləcək". Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, əgər ailədə 2 nəfər varsa və onlar işləmirsə, onlardan biri işsizliyə görə qeydiyyatdan keçə bilər. "Onlardan birinə birdəfəlik ödəniş olunacaq. Bütün ödənişlər nağdsız şəkildə həyata keçiriləcək",-deyə S.Babayev əlavə edib. Nazir qeyd edib ki, karantin müddəti uzandığı halda birdəfəlik ödəmə (190 manat) növbəti aylarda da veriləcək.