Çində karantində olan koronavirus xəstələrinin qaldığı 6 mərtəbəli otel çöküb. Hadisə Quançjou şəhərində baş verib. Çin KİV-ləri bildirir ki, dağıntılar altında ən azı 70 nəfər qalıb, indiyədək onlardan 2 nəfərin meyiti çıxarılıb, 50 nəfər isə xilas edilib. Binanın çökmə səbəbi hələlik məlum deyil. Qeyd edək ki, COVID-19 epidemiyasının yayılması səbəbi ilə Çində, xüsusilə də Hubey əyalətində bir sıra iaşə obyektləri funksiyasını dəyişdirərək xəstəxana kimi fəaliyyət göstərir. Çökən otel binası da belə obyektlərdən biridir.(Virtualaz.org)