Qusar rayonu ərazisində qətl hadisəsi baş verib.  Hadisə rayonun Xurel kəndində qeydə alınıb.  Kənd sakini, 1995-ci il təvəllüdlü Əhmədov Nail Hacıağa oğlu anası, 1971-ci il təvəllüdlü Əhmədova Maisə Aydəbəy qızını boğaz nahiyəsinə bıçaqla zərbə endirərək qətlə yetirib. Qətli törətdikdən sonra N.Əhmədov hadisə yerindən qaçıb. Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. (APA) Faktla bağlı cinayət işi açılıb, istintaq əməliyyat tədbirləri aparılır.