Bakıda 6 yaşlı uşaq K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda dünyasını dəyişib. Bu barədə APA-ya TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirilib. Onun sözlərinə görə, uşaq kəskin qarın simptomu ilə xəstəxanaya gətirilib: "Uşaq xəstəxanada qalmayıb, çatan kimi dünyasını dəyişib. Uşağın ölüm səbəbi ekspertizadan sonra məlum olacaq və bu barədə məlumat veriləcək".