Türkiyə və ABŞ Prezidentləri arasında telefon danışığı olub - Tramp və Ərdoğan İdlibi müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
AZƏRTAC Türkiyənin Prezident Administrasiyasına istinadla xəbər verir ki, liderlər ikitərəfli münasibətlərlə yanaşı, regiondakı prosesləri də müzakirə ediblər.
Dövlət başçıları Suriyanın İdlib bölgəsindəki böhran vəziyyətinin dərhal aradan qaldırılmasının vacibliyini vurğulayıblar.
Telefon danışığı zamanı, həmçinin Liviyada sülh və sabitliyin bərpa olunmasına dair fikir mübadiləsi aparılıb, iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin 100 milyard ABŞ dolları məbləğinə çatdırılması üçün müzakirələrin yenidən başlanmasının vacibliyini qeyd edilib.
Əlaqəli xəbərlər
-
Tramp və NATO baş katibi hansı məsələləri müzakirə etdi? Rusiya və İran gündəmdə
-
Tramp Putinə hansı çağırışı etdiyini açıqladı - “Qırğın dayandırılmalıdır”
-
Moskva “Tramp yolu”nda nəyi təhlükə sayır? - Mariya Zaxarova detalları açıqladı
-
Trampdan sonra Ağ Evə kim gələcək? - Demokratların 4 namizədi məlum oldu
Növbəti xəbər yüklənir...