Ərdoğan bu gün Azərbaycana gəlir - Hansı razılaşmalar imzalanacaq?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana səfər edəcək.
Birgünlük səfər çərçivəsində Türkiyə prezidenti bir sıra ikitərəfli görüşlər keçirəcək.
Bundan başqa, Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında iştirak edəcək.
Toplantı Türkiyə və Azərbaycan Prezidentlərinin həmsədrliyi ilə keçiriləcək. Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının səkkizinci iclası çərçivəsində ölkələr arasında ticarət, müdafiə, idman və digər sahələri əhatə edən doqquz anlaşmanın imzalanması nəzərdə tutulur.
Bunlar arasında 15 fərqli məhsul üzərində qarşılıqlı olaraq gömrük rüsumunun ləğvi və endirilməsini nəzərdə tutan preferensial ticarət haqqında müqavilə ön plana çıxır.
Görüş zamanı ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi imkanları nəzərdən keçiriləcək, regional məsələlərlə yanaşı, beynəlxalq məsələlər haqqında da fikir mübadiləsi aparılacaq.
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...