“Ərdoğanla “Patriot” məsələsini də müzakirə etdik” - Tramp
ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanla Suriya kontekstində bir çox məsələləri müzakirə etdiklərini və bu müzakirələrdə “Patriot” hava hücumundan müdafiə sistemi məsələsinin də yer aldığını bildirib.
Tramp bu fikirləri bu gün Ağ Evdə koronavirusla mübarizəyə həsr olunmuş mətbuat konfransında bildirib.
Qeyd edək ki, bu həftə ABŞ və Türkiyə prezidentlərinin yenidən danışıqlarının olacağı gözlənilir.
Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu da bildirib ki, mart ayının ilk həftəsində Rusiya və Türkiyə prezidentlərinin danışıqları olacaq. Nazir həmçinin deyib ki, ABŞ-dan İdlibdə istifadə etmək üçün “Patriot” hava hücumundan müdafiə sisteminin iki batereyası istənilib.(APA)
Əlaqəli xəbərlər
-
Tramp və NATO baş katibi hansı məsələləri müzakirə etdi? Rusiya və İran gündəmdə
-
Tramp Putinə hansı çağırışı etdiyini açıqladı - “Qırğın dayandırılmalıdır”
-
Moskva “Tramp yolu”nda nəyi təhlükə sayır? - Mariya Zaxarova detalları açıqladı
-
Trampdan sonra Ağ Evə kim gələcək? - Demokratların 4 namizədi məlum oldu
Növbəti xəbər yüklənir...