190 manat yardımın verilməsi başlandı - Nazirlik açıqlama verdi
Ölkədə sərt karantin rejimi tətbiq edilən ərazilərdə işsizlərə və pandemiya dövründə işini işini itirən vətəndaşlara növbəti dəfə 190 manatlıq birdəfəlik maddi yardımın verilməsinə başlanılıb.
Bu barədə Trend-ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kommunikasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Fazil Talıbov deyib.
Onun sözlərinə görə, artıq sərt karantin elan olunan Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda olan sakinlərə həmin müavinətin verilməsinə başlanılıb:
"İlk olaraq bu rayonlardan başlanıb. daha sonra isə bu həftə ərzində sonradan karantin elan olunan Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında olan vətəndaşlara həmin müavinətlər veriləcək. Bu həftənin sonuna kimi bütün karantin elan olunan ərazilərdəki vətəndaşlara 190 manatın verilməsi prosesi başa çatacaq. Karantin elan olunan ərazilərdə yaşayan, aprel və may aylarında 190 manat müavinət alan şəxslərə artıq banklar tərəfindən smslə bildiriş göndərilib. Həmin şəxslər sms icazə ilə evlərini tərk edərək həmin vəsaitləri ala bilərlər".
F. Talıbov qeyd edib ki, əvvəlki ayları alan vətəndaş pul köçürüləcək kartını itiribsə, həmin şəxs müavinət kartını aldığı banka müraciət etməklə ödənişlərini ala bilərlər".
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...