190 manatlıq yardımın ikinci ay üçün ödənməsinə başlanılacaq - Sabahdan
Sabahdan 190 manatlıq birdəfəlik ödəmənin ikinci ay üçün ödənişlərinin verilməsinə başlanılacaq.
Bunu APA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib.
Onun sözlərinə görə, artıq birdəfəlik ödəmə alan şəxslərə bank kartlarının verilməsinə başlanılıb: “Bu prosesə bütün banklar səfərbər olunub. Kartların təqdim edilməsi prosesi davam edir. Mayın 12-dən başlayaraq, aprel ayının 9, 10, 11 və 12-si 190 manatlıq birədəfəlik ödəniş alan şəxslərə bu ayın ödənişi kartlara ödəniləcək. İstirahət günlərinə düşdüyü üçün sabah həm 9, həm 10, həm 11, həm də ayın 12-si üçün birdəfəlik ödəmə veriləcək. May ayının sonuna qədər ödənişlər bütün kartlara ödənəcək”.
Karantin müddətinin uzadılacağı təqdirdə birdəfəlik ödəmənin yenidən verilib-verilməyəcəyinə məsələsinə gəldikdə isə F.Talıbov qeyd edib ki, Tədbirlər Planında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 ay ərzində 190 manatlıq birədəfəlik ödəmə tapşırığı verilib. Ona görə də ödəmə 2 ay üçün nəzərdə tutulub.
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...