“Rusiya dondurulmuş aktivlərini xilas etməyin yolunu tapıb” - “Bloomberg”

“Rusiya ABŞ və digər Qərb ölkələrində dondurulmuş 300 milyard dollarlıq aktivlərinin müsadirəsinin qarşısını almaq üçün hüquqi proseslərə hazırlaşır”.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Söhbət Qərbin Ukraynaya köçürmək istədiyi 300 milyard dollar məbləğində vəsaitdən gedir. Rusiya Mərkəzi Bankı öz maraqlarını məhkəmədə qorumaq üçün beynəlxalq hüquq firmaları ilə razılaşmaya yaxındır.

Rusiya tərəfi digər ölkələrdəki analoji presedentlər və xaricdə müvafiq qanunvericiliyin xüsusiyyətləri ilə bağlı ekspert rəyləri toplayır. Moskva rəsmiləri belə qənaətə gəliblər ki, bloklanmış Rusiya aktivlərinin müsadirəsi çətin görünür.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.