"Abituriyentlər üçün dərs vaxtı" başlayır - Nazirlik açıqladı
İyunun 16-da “Mədəniyyət” telekanalında "Dərs vaxtı"nın abituriyentlər üçün yayımına start verilir.
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, teledərslər bu formatda 17 iyuladək davam edəcək. Abituriyentlər üçün teledərslərin ilk dərs cədvəlini təqdim edirik.
Azərbaycan bölməsi üçün sabah saat 10:00-da - Azərbaycan dili; 10:50-də - Ədəbiyyat; 11:50-də - İngilis dili; 12:25-də - Riyaziyyat; 13:30-da Futzal məşğələsi olacaq.
Rus bölməsi üçün sabah saat 13:50-də - Rus dili; 14:20-də - Ədəbiyyat; 15:10-da Riyaziyyat dərsləri olacaq.
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...