ABŞ 7 ildə sonra Venesueladakı səfirliyini yenidən açıb

ABŞ-ın 2019-cu ildən bəri bağlı olan Venesueladakı səfirliyi yenidən açılır.

Azpost.info bildirir ki, ABŞ Dövlət Departamenti Karakasdakı səfirliyin yenidən açıldığını elan edib.

“Karakasdakı ABŞ səfirliyinin yenidən açılması Venesuelanın müvəqqəti hökuməti, vətəndaş cəmiyyəti və özəl sektorla birbaşa əlaqə qurmaq qabiliyyətimizi gücləndirəcək”- deyə Dövlət Departamentinin açıqlamasında deyilir.

Nazirlik qeyd edib ki, 2019-cu ilin mart ayından bəri ABŞ-ın Venesuela ilə diplomatik əlaqələri Kolumbiyanın Boqota şəhərindəki ABŞ səfirliyində yerləşən müvəqqəti diplomatik missiya vasitəsilə həyata keçirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.