ABŞ alimləri koronavirusun dərmanını tapdılar - Vaksin kütləvi istehsala hazırdır
ABŞ-ın Texas ştatında yerləşən gen mühəndisliyi şirkəti olan Greffex koronavirusa qarşı vaksin hazırladığını bəyan edib.
Azpost.info “Houston Business Journal”a istinadən bildirir ki, şirkətin prezidenti Con Praysın sözlərinə görə, ölümcül virusa qarşı peyvənd üzərində işi sona çatdırılıb.
Hesabatda deyilir ki, vaksin ərzağa və dərmanlara nəzarət idarəsində (FDA) heyvanlar üzərində sınaqdan çıxarılacaq.
Pryas bəyan edib ki, Greffex vaksin üçün canlı və ölü koronavirsudan deyil, müxtəlif infeksion xəstəliklərin və xərcəngin müalicəsində istifadə olunan adenovirusdan istifadə edilib.
“Vaksinin sirri ondadır ki, siz peyvənd olunarkən dozanın miqdarını təyin edərək virusa qarşı sürətli və effektiv iş apara bilərsiniz”.
ABŞ Milli Səhiyyə İnstitutu vaksin üçün ötən ilin sentyabrında 18,9 milyon dollar qrant ayırıb. C.Prays deyib ki, hökümətin razılığını aldıqdan sonra dərmanın kütləvi istifadəsinə başlayacaqlar.
Vaksinin xəstəliyin yayıldığı ölkələrə göndərilməsi planlaşdırılır.
Azpost.info
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...