ABŞ Şimali Koreya raketlərinə görə Rusiyaya sanksiya tətbiq etdi- Blinken AÇIQLADI

ABŞ Dövlət Departamenti Rusiyada 3 hüquqi və və 1 fiziki şəxsə qarşı sanksiyalar elan edib.

Azpost.info xəbər verir ki, sanksiyaları ABŞ dövlət katibi Entoni Blinken açıqlayıb.

Sanksiyaya məruz qalanlar Şimali Koreyanın ballistik raketlərinin Ukraynaya qarşı istifadə üçün Rusiya ordusuna təhvil verilməsində iştirakda ittiham olunur.

Blinken bildirib ki, Şimali Koreya tərəfindən hazırlanmış ballistik raketlərin Rusiyaya ötürülməsi Moskvanın hərbi təcavüzünü dəstəkləyir, Ukrayna xalqının iztirablarını artırır və qlobal silahların yayılmaması rejimini sarsıdır.

Yanvarın 4-də ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib ki, Rusiya Pxenyandan çoxlu raket və buraxılış qurğuları alıb və dekabrın 30-da kütləvi zərbə zamanı Ukraynaya artıq ən azı bir raket atıb.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.