Space telekanalındakı "Sadə həqiqətlər" verilişinin qonağı Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov olub. Veriliş zamanı keçmiş dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı debatdan danışıb. Ayaz Mütəllibov deyib ki, İlham Əliyevlə fəxr edir: “İlham Əliyevin Paşinyanı susdurması əslində qələbədir. Müzakirələr zamanı Prezidentin davranışı məni həyəcanlandırdı. Mən fəxr edirəm ki, Azərbaycanda belə bir şəxsiyyət var”.(Virtualaz.org)