“Bank Melli İran”ın Bakı filialı Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. “Report”un xəbərinə görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən bank vurulmuş maddi ziyanın ödənilməsi barədə tələb irəli sürüb. Üçüncü şəxs qismində Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamenti göstərilib. Məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalan Bakı Şəhər İcra Hakimiyyəti apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.