Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub. Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Tərlan Zeynalov Bakı Şəhər Baş Polis İdarəsinin Təhqiqat Şöbəsinə yeni rəis təyin olunub. Məlumatı saytımıza Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib. (oxu.az)