Bakıda müşahidə olunan dumanın səbəbləri açıqlanıb. Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, hazırda paytaxtda müşahidə olunan duman təbii metereoloji  hadisədir. O qeyd edib ki, havanın rütubətliyinin artması və yer səthinə yaxın təbəqədə temperatur inversiyası qatının olması dumanın əmələ gəlməsinə şərait yaradıb.