Britaniya Dağlıq Qarabağda “prezident seçkiləri”nin ikinci turunu da tanımır
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi aprelin 14-də Dağlıq Qarabağda baş tutacaq “prezident seçkiləri”nin ikinci turu ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Böyük Britaniya aprelin 14-də Dağlıq Qarabağda baş tutacaq “prezident seçkiləri”nin ikinci turunu da tanımır.
“Böyük Britaniya bir daha ATƏT-in Minsk Qrupu və onun həmsədrlərinin sülh prosesindəki rolunu dəstəklədiyini vurğulayır. Biz beynəlxalq hüququn bütün dünyada tanınan prinsip və normalarının əhəmiyyətini vurğulamaqla bərabər, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyirik. Biz Azərbaycan və Ermənistanı münaqişənin sülh yolu ilə həll olunması və etimadın yaradılması üçün səylərini sürətləndirməyə çağırırıq”, - deyə səfirliyin məlumatında qeyd olunub.(APA)
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...