Rusiyada yeni qeydə alınmış 1 786 yoluxma halının 85%-i uşaq, gənc və orta yaşlı insanlarda aşkarlanıb. “Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb. Məlumata görə, yeni yoluxanların yalnız 15%-i yaşlı və qocalardır. Operativ Qərargahın rəsmi statistikası belədir: 18-dən aşağı – 5,5%. 18-dən 45-dək – 43%; 46-dan 65-dək – 36,5%; 66-dan 80-dək – 11,5%; 80-dən yuxarı – 3,5%; Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 607 000-i ötüb. Bunların 357 180 nəfəri sağalıb, 95 813 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.