Daxili İşlər Nazirliyi vətəndaşlara təşəkkür edib - MƏTN
Daxili İşlər Nazirliyi vətəndaşlara təşəkkür edib.
Nazirlikdən verilən xəbərə görə, təşəkkürdə bildirilir:
"Əziz vətəndaşlar!
Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar ötən həftənin şənbə və bazar günlərində sizlərə yaşayış yerini və olduğu yeri tərk etmək qadağan edilmişdir. Sizin sağlamlığınız naminə atılan bu addımları anlayışla qarşıladığınıza görə, xüsusi karantin rejiminin tələblərinə riayət etdiyinizə görə sizə daxili işlər orqanlarının bütün şəxsi heyəti adından təşəkkürümüzü bildiririk!
Siz səbr və təmkinlə iki gün evdə qalmaqla həm özünüzün, həm də yaxınlarınızın sağlamlığını qorumuş oldunuz. İnanırıq ki, gələcəkdə də belə qərar verilərsə, siz yenə də eyni səbr və təmkin nümayiş etdirərəcəksiniz. Bir daha təşəkkür edirik!"(apa).
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...