Daxili İşlər Nazirliyi (DİN) polis əməkdaşının qətli ilə bağlı məlumat yayıb. DİN-dən APA-ya verilən məlumata görə, fevralın 24-də Bakı şəhər sakini Anar Ramazanovun qətlə yetirilməsi barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə Anarın ailə-məişət münaqişəsi zəminində qardaşı tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edib. Əməliyyat tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən qardaşı - Araz Ramazanov saxlanılıb. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, Anar Ramazanov Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşı olub.