DİN vətəndaşlara müraciət etdi: "Maskadan mütləq qaydada istifadə edilməlidir"
Məlum olduğu kimi Nazirlər Kabineti yanında Operativ Qərargah yeni növ koronavirus infeksiyası ilə bağlı ölkədəki sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin 2020-ci il may ayının 18-i saat 00:00-dan etibarən yumşaldılmasına qərar verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, nazirlik bununla əlaqədar vətəndaşların diqqətinə çatdırır ki, uzun müddətli proses olan koronavirus infeksiyasına qarşı mübarizədə böyük əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməli, xüsusən mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq tibbi profilaktik qaydalara ciddi əməl olunmalı, nəfəs yollarını qoruyan fərdi vasitələrdən - maskadan, respiratordan mütləq qaydada istifadə edilməli, sosial məsafə gözlənilməlidir.
Risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin isə evdən yalnız zəruri hallarda çıxmaları, insanların sıx toplaşdığı məkanlara getməmələri və qoruyucu vasitələrdən istifadə etmələri tələb olunur.
Eyni zamanda, Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış qadağasının davam etməsi nəzərə alınmalı, bütövlükdə qüvvədə saxlanılmış məhdudiyyətlərə riayət olunmalıdır.
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...