DSX-nin vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlanıldı - AÇIQLAMA
Baş Prokurorluq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil mühafizəsinin vəzifəli şəxslərinin qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı keçirilən əməliyyata münasibət bildirib.
Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanovun "Report"a verdiyi məlumata görə, DSX-nin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməlləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
O qeyd edib ki, detalları barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, rəsmi məlumata əsasən, DTX və Baş Prokurorluq tərəfindən həyata keçirilən birgə əməliyyat-istintaq tədbirləri nəticəsində DSX-nin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...