DTX YAP-ın Neftçala rayon təşkilatının sədrini saxlayıb
Dünən Dövlət Təhlükəsizliyi Xidmətinin Neftçala rayonunda keçirdiyi kompleks əməliyyat tədbirləri nəticəsində saxlanılan vəzifəli şəxslərdən daha bir neçəsinin adı məlum olub.
Azpost.info qafqazinfo-ya istinadən xəbər verir ki, saxlanılanlar arasında Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının sədri, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cəfərov Anar Cəfər oğlu da var.
Unikal.org-un yaydığı məlumata görə isə saxlanılanlar arasında eyni zamanda icra başçısı İsmayıl Vəliyevlə yanaşı, onun birinci müavini Vurğun Əkbərov və Neftçala rayon Təhsil Şöbəsinin müdiri Kərimov Əjdər Abasət oğlu da var.
Xatırladaq ki, rəsmi olmayan digər məlumata görə, dünənki əməliyyat nəticəsində Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov tutulub.
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...