"Dünən məşhur oteldə baş verən o biabırçı hadisə dözülməzdir" - İlham Əliyev “Fairmont”da baş verənlərdən danışdı
“Xəstəliyin yayılmasının səbəbi bəzi insanlarınn məsuliyyətsizliyidir. Sadə qaydaları onlar gözləmirlər, əməl etmirlər. Biz məcbur olduq cərimələri artırdıq. Bəzi hallarda sərt addımlar atılır. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidir”.
Bu sözləri Prezident İlham Əliyev telekanallara verdiyi müsahibəsində deyib.
Dövlət başçısı ötən gün “Fairmont” hotelində karantin rejiminin pozulması ilə bağlı məsələyə də toxunub: “Biz görürük ki, insanlar nümayişkəranə şəkildə bu rejimi pozurlar. Dünən məşhur oteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə də Azərbaycan polisi düz edib müdaxilə edib. Mənim tərəfimdən çox ciddi göstəriş verilib ki, bütün pozuntulara reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil. İstər yerli şirkət olsun, istər xarici şirkət. Biz xalqımızın sağlamlığını qorumalıyıq”
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...