Dünyada koronavirusa yoluxma hallarının sayı 7,8 milyon nəfəri ötüb. “Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib. ÜST-ün məlumatına görə, dünyada 431 mindən çox insan COVID-19-dan ölüb. Qeyd edilir ki, infeksiyanın aşkarlandığı 213 ölkədə və bölgədə virusa yoluxma hallarının sayı 7 823 289-a çatıb, koronavirusdan 431 541 pasiyent ölüb. Dünyada son gün ərzində təhlükəli virusa 132 581 yoluxma qeydə alınıb. Pandemiya qurbanlarının sayı 3 911 nəfər artıb. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.