Gürcüstan xüsusi aviareyslə ABŞ-da təhsil alan 79 vətəndaşını təxliyə edəcək. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria bildirib. Onun sözlərinə görə, aprelin 10-da həyata keçiriləcək həmin reyslə 35 Ermənistan vətəndaşı da təxliyə olunacaq: “Bununla bağlı ermənistanlı həmkarlarımızdan müraciət daxil olub”.