Ermənistan Gürcüstanla sərhədi bağlamayacaq
Ermənistan koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər çərçivəsində Gürcüstanla sərhədi bağlamağa hələ ehtiyac görmür.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Onun sözlərinə görə, sərhədlərin bağlanmasına zərurət yaranan zaman bu məsələ müzakirə olunacaq: “Biz hələ bu vəziyyətə çatmamışıq. Təhlükəsizlik baxımından bu məsələni müzakirə edəcəyik və lazım gələrsə, sərhədi bağlayarıq”.
Qeyd edək ki, fevralın 26-da Gürcüstanda koronavirusa ilk yoluxma halı qeydə alınıb.
Əlaqəli xəbərlər
-
Tramp və NATO baş katibi hansı məsələləri müzakirə etdi? Rusiya və İran gündəmdə
-
Tramp Putinə hansı çağırışı etdiyini açıqladı - “Qırğın dayandırılmalıdır”
-
Moskva “Tramp yolu”nda nəyi təhlükə sayır? - Mariya Zaxarova detalları açıqladı
-
Trampdan sonra Ağ Evə kim gələcək? - Demokratların 4 namizədi məlum oldu
Növbəti xəbər yüklənir...