Ermənistan Konstitusiya Məhkəməsinin sədri Paşinyanı məhkəməyə verib
Ermənistan Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyan baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb.
TASS Agentliyinin verdiyi xəbərə görə, sədr baş nazirdən üzr istəməyi və haqqında səsləndirdiyi böhtan xarakterli fikirlər barədə təkzib verməyi tələb edir.
Qeyd edək ki, Paşinyan Tovmasyanı bir neçə dəfə sərt tənqid edərək, onu əvvəlki rejimin müdafiəçisi adlandırıb.
Fevralın 6-da Ermənistan parlamenti Konstitusiya Məhkəməsi sədrinin və üzvlərinin vaxtından əvvəl istefa vermələri tələbi ilə referendum keçirilməsi barədə qərar qəbul edib. Prezident Armen Sarkisyan də Konstitusiya düzəlişləri ilə bağlı referendumun aprelin 5-də keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
Paşinyan dəfələrlə Tovmasyanın bu vəzifəyə saxta yolla seçildiyini bildirib. Tovmasyan da öz növbəsində siyasi təqibə məruz qaldığını irəli sürüb.
Əlaqəli xəbərlər
-
Tramp və NATO baş katibi hansı məsələləri müzakirə etdi? Rusiya və İran gündəmdə
-
Tramp Putinə hansı çağırışı etdiyini açıqladı - “Qırğın dayandırılmalıdır”
-
Moskva “Tramp yolu”nda nəyi təhlükə sayır? - Mariya Zaxarova detalları açıqladı
-
Trampdan sonra Ağ Evə kim gələcək? - Demokratların 4 namizədi məlum oldu
Növbəti xəbər yüklənir...