“Ermənistan Qarabağ münaqişəsinin həllində kompromis variantlara razılıq verməyib” - ÇAVUŞOĞLUDAN AÇIQLAMA
“Azərbaycan Qarabağ probleminin həllini hansı şəkildə istəyərsə, biz o şəkildə Azərbaycana dəstək verməyə davam edəcəyik”.
Azpost.info APA-ya istinadən bildirir ki, bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Antalyada turizmlə bağlı keçirilən "Yenidən Kəşfet” layihəsinin təqdimatında jurnalistlərin sualların cavablandırarkən bildirib.
Nazir deyib ki, Qarabağ problemi, Azərbaycanın işğal edilmiş torpaqları, sərhədləri və ərazi bütövlüyü məsələlərində Türkiyə hər zaman Azərbaycanın yanında olub: “Qarabağ Azərbaycanındır”.
M.Çavuşoğlu bildirib ki, Qarabağ münaqişəsinin həllində Ermənistan kompromis variantlara razılıq verməyib, əksinə Qarabağda qanunsuz seçkilər keçirib ki, bunu da beynəlxalq ictimaiyyət tanımayıb: “Ermənistan bu təxribatlar əvəzinə, problemin sülh yolu ilə həllinə gəlməlidir. Bütün məsələlərdə olduğu kimi, Qarabağ məsələsində də qardaş Azərbaycanın yanındayıq”.
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...