İbrahim Tatlısesin musiqiçi qızı Dilan Çıtak Tatlıses də koronavirusa yoluxub. Axşam.az xəbər verir ki, Dilan bu barədə sosial şəbəkədə məlumat verib: “Oynaq ağrılarıma və dadbilmə qabiliyyətimin yoxa çıxmasına görə COVİD-19 testindən keçdim. Analizin cavabları müsbət çıxdı”. Qeyd edək ki, Dilan Çıtakın sevgilisi Levent Dörter də koronavirusa yoluxmuşdu. Müalicəsi bitən Levent artıq evə buraxılıb.