İsrailin mərkəzində İrandan atılan raket atəşi qeydə alınıb. İordaniya vadisində də təhlükəsizlik xəbərdarlığı edilib.
Azpost.info İsrail mediasına istinadən bildirir ki, ilkin məlumatlara görə, iki raket atılıb. Ölkənin mərkəzində güclü partlayış səsi eşidilib — raketlərdən biri hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilib.
İkinci raket İordaniya vadisində açıq əraziyə düşüb. Hazırda itki barədə məlumat yoxdur.
Təhlükəsizlik qüvvələri hadisənin təfərrüatlarını dəqiqləşdirməyə və hücumun nəticələrini qiymətləndirməyə davam edir.
Son məlumata görə, bütün raketlər vurulub.