İranda daha 3 nəfərin yeni koronavirusa yoluxması halı təsdiqlənib. Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, həmin 3 nəfər Qum və Ərak şəhərlərində xəstəxanalarda nəzarət altındadır. Cahanpur əlavə edib ki, virusa yoluxanlar İran vətəndaşlarıdır və onlardan biri həkimdir. Nazirlik rəsmisi İranda yeni koronavirusa yoluxanların sayının 5 nəfərə çatdığını təsdiqləyib.
Yeni koronovirusla əlaqədar İranın Qum şəhərində ictimai və ziyarət məkanlarına gediş-gəlişlərin məhdudlaşdırılması təklif olunub. Qeyd edək ki, ötən gün İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi 2 nəfərin yeni koronavirusa yoluxması nəticəsində dünyasını dəyişdiyini təsdiqləyib.